Tehran-Yerevan reysi ilə uçan təyyarə təhlükəli eniş edib

İranın paytaxtı Tehranda təyyarə təhlükəli eniş edib.

Trend-in Fars agentliyinə istinadən verdiyi məlumata görə, təyyarə texniki nasazlığa görə bir müddət havada qalıb və daha sonra Mehrabad hava limanına təhlükəli eniş etməyə məcbur olub.

Təyyarənin hansı reysi yerinə yetirdiyi və təhlükəli eniş zamanı sərnişinlərin xəsarət alıb-almaması barədə məlumat yoxdur.

İranın Hava Limanları Şirkətinin direktoru Məhəmmədəli İlxani deyib ki, "Asiman Air" şirkətinə məxsus Tehran-Yerevan reysi ilə uçan "Boeing 737" təyyarəsində texniki nasazlıq yaranıb və təyyarə Mehrabad hava limanına təhlükəli eniş edib: “Təyyarənin yerə təhlükəsiz enməsi üçün lazımi tədbirlər görülüb". /

Google+ WhatsApp ok.ru