Tehranda Beynəlxalq Quran yarışması keçirilir

“Bir kitab, bir ümmət” şüarı ilə keçirilən 33-cü Beynəlxalq Quran Yarışması bu gün Tehranda öz işinə başlayıb. 
 
Maide.Az xəbər verir ki, 33-cü Beynəlxalq Quran Yarışmasının açılış mərasimi İran İslam Şurası Məclisinin sədri Əli Laricani və 75 ölkədənə gəlmiş qonaqların iştirakı ilə İmam Xomeyni (r.ə) müsəllasında təşkil olunub. 
 
Mayın 17-nə kimi davam edəcək yarışmada 130 nəfər iştirak edir. Onların 57-si hafizlik, 57-si qiraət bölməsində rəqabət aparacaqlar.  Yarışmada iştirak edənlərdən 16 nəfəri gözdən əlil Quran hafizləridirlər ki, onlar da yarışmanın “Aydın qəlbli hafizlər”  bölməsinə qatılacaqlar.
 
Yarışda Afrika qitəsindən 32, Asiya qitəsindən 23, Amerika qitəsindən 2, Okeaniyadan isə 1 ölkə iştirak edir.
 

Google+ WhatsApp ok.ru