Tehranda çirkli hava bir gündə 400 nəfəri xəstəxanalıq etdi 30 Dekabr 2014 02:00 Dünya Tehran şəhər Təcili Tibbi Yardım Mərkəzi elan edib ki, bazar ertəsi Tehranda çirkli hava bir gündə 400 nəfərin xəstəxanalara müraciət etməsinə səbəb olub. Trend-in IRNA agentliyinə istinadən verdiyi məlumata görə, xəstəxanalara müraciət edənlər ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxslər olublar. Mərkəzin sədri Həsən Abbasi deyib ki, Tehranda ürək və tənəffüs xəstəliklərindən əziyyət çəkən şəxslərin sayı artıb. İran KİV-lərinin məlumatına görə, Tehranda havanın çirkli olması səbəbindən hər saat iki nəfər vəfat edir. Tehranda havanın çirklənməsinə gətirib çıxaran başlıca amil nəqliyyat vasitələridir. Beynəlxalq KİV-in məlumatına görə, Tehran planetin ən çirkli şəhərlərinin siyahısında yer alıb. Bundan öncə dəfələrlə havanın çirkli olması ilə əlaqədar bütün idarə, təşkilat və məktəblərdə tətil olub. Rəsmi məlumatlara görə, hazırda Tehranda 12-13 milyon nəfər yaşayır./ Teqlər : #Tehranda çirkli hava bir gündə 400 nəfəri xəstəxanalıq etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İşalçı İsrail əsgəri fələstinli yeniyetməni ürəyindən güllə ilə vuraraq qətlə yetirib - Foto Son 24 saat 24 FOTOda
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO