İşalçı İsrail əsgəri fələstinli yeniyetməni ürəyindən güllə ilə vuraraq qətlə yetirib - Foto 30 Dekabr 2014 02:00 Dünya Sionist rejim əsgəri 17 yaşlı fələstinli yeniyetməni ürəyinədn güllələyərək qətlə yetirib. Fələstinin "Mann" agentliyi xəbər verir ki, Nablusun cənubunda Beyta qəsəbəsi ərazisində evinə tərəf gedən İmam Cəmil Əhməd Dueykət və Nail Tələt Siab adlı iki gənc İsrail əsgərinin silahlı hücumuna məruz qalıb. Ayağından güllə yarası alan digər yeniyetmə özünü təcili yaxınlıqdakı Rafidiyyə xəstəxanasına çatdırıb. Yaralı yeniyetmənin sözlərinə görə, dostuyla birgə məktəbdə imtahan verdikdən sonra evlərinə tərəf gedirlərmiş. Bu zaman yaxınlıqdakı parkda olan İsrail əsgərlərindən biri odlu silahla onlara tərəf atəş açmağa başlayıb. Məlumatda deyilir ki, qaçmağa başlayan gənclərdən biri ürəyindən digəri isə ayağından yara alıb. Ürək nahiyəsindən bir güllə yarası alan İmam Əhməd Dueykət hadisə yerində dünyasını dəyişib. Sionist rejim ordusunun insidentlə bağlı açıqlaması yaralı yeniyetmənin sözlərilə ziddiyyət təşkil edib. Belə ki, İsrail ordusu gənclərin guya küçədə əsgərlərə tərəf daş atdığına görə güllələndiyini deyib. Ordu sözçüsündən insidentin hansı küçədə baş verdiyi soruşanda cavab verməkdən imtina edib. Bildirək ki, Əhməd Dueykət bu il Qərb Sahili zonasında İşğalçı İsrail əsgərləri tərəfindən qətlə yetirilən 50-ci fələstinli olub. interaz/ Teqlər : #İşalçı İsrail əsgəri fələstinli yeniyetməni ürəyindən güllə ilə vuraraq qətlə yetirib Foto , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Gulpayqani: `İslam alimlərinin vəzifəsi fitnə atəşini söndürməkdir` Tehranda çirkli hava bir gündə 400 nəfəri xəstəxanalıq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO