Tehran və bir neçə digər şəhərlərdə terror hücumlarının qarşısı alınıb

Tehran və bir neçə digər şəhərlərdə terror hücumlarının qarşısı alınıb

 
Təkfirçi terrorçuların Tehranda və digər bir neçə şəhərdə  təxribatının qarşısı alınıb və bir neçə nəfər həbs olunub. Maide.Az İran KİV-lərinə  istinadən xəbər verir ki,  bu haqda İranın Təhlükəsizlik Nazirliyinin yayımladığı bəyanatda bildirilir. 
 
Bəyanatda bildirilir ki, həzrət Xədicə (s) mövlud günündə (iyun ayının 16da) təkfirçi terror qruplaşmasının  üzvləri  ölkənin  paytaxtı və bir  neçə digər şəhərlərində  ardıcıl  partlayışlar törətmək istəyirdi. Allahın lütfü ilə  bu terror  aktlarının qarşısı alınıb.    Partlamağa hazır  bir neçə bomba  və partlayıcı vasitələr müsadirə olunub.” 
 
Bəyanatda bildirilir ki, həbs olunan terrorçular istintaqa cəlb olunub və ətraflı məlumat  yaxın gələcəkdə  açıqlanacaq.  
Məlumatda neçə nəfərin həbs olunduğu bildirilməyib.
 

Google+ WhatsApp ok.ru