Tel Avivdə avtobus qarajında güclü yanğın

Fələstinin işğal olunmuş ərazilərində yerləşən Tel Avivin şərqində avtobus qarajında güclü yanğın baş verib. 
Maide.az  Presstv-yə istinadən xəbər verir ki, yanğın bu gün günortadan sonra Ramatqan qarajında baş verib. Yanğın nəticəsində 20 avtobus yanaraq külə dönüb. 
Şahidlərin sözlərinə görə, yanğın zamanı bir neçə güclü partlayış baş verib.  Yanğının tüstüsü Tel Avivin müxtəlif bölgələrində görünüb. 
Yanğın söndürənlər yanğının yanacaqdoldurma məntəqəsinə keçməsinin qarşısını almağa çalışıblar. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. /
 
 
 
 

Google+ WhatsApp ok.ru