Terrorizmlə mübarizə konfransına Qətər və Türkiyə dəvət olunmyıb

Maide.az xəbər verir ki, ötən iki gün ərzində İran, Livan, Kosovo, Nigeriya, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Ərəbistan, Hindistan, Pakistan, Tunis, Əlcəzair, Sudan, Somali və sair ölkələrindən dəvət edilmiş nümayəndələr Misirə toplaşıblar. Türkiyə və Qətər konfransa dəvət edilməyib.
 
Konfransda Vatikandan gələcək nümayəndə heyəti, şərq kilsələri nümayəndələrinin və şiə alimləri ilə yanaşı oturacaq.
 
Şeyx Əhməd Tayyibin rəhbərliyi altında baş tutacaq Terrorçuluq və Radikalizmlə Mübarizə Konfransına Ali Təhsil Qurumu, Milli Təhsil, Fondlar, Gənclər və Mədəniyyət Nazirlikləri da nəzarət edəcək. Ərəb və İslam ölkələrinin səfirləri də konfransda iştirak edənlər arasındadır.
 
Digər tərəfdən, konfransın xərclərinin Birləşmiş Ərəb Əmirlikləri tərəfindən ödəndiyi yönündə xəbərlər yalan çıxdı və bu konfransın bütün xərclərinin Əl-Əzhər Universitetinin büdcəsindən ödənəcəyi bildirilib.

Google+ WhatsApp ok.ru