Fələstinli ağır xəstələr blokada nəticəsində dünyalarını dəyişirlər

Qəzza və Misir sərhədinin bağlanması son həftələrdə nəinki fələstinlilərin həyatını daha da çətinləşdirib, hətta insan ölümlərinə səbəb olub. 
 
Maide.az xəbər verir ki, leykoz xəstəliyindən əziyyət 11 yaşlı Razan əl-Həlakəvi Misirə yollanıb əməliyyat olunmağa imkan verilmədiyindən, Qəzzada dünyasını dəyişib. 
 
Razanın 41 yaşlı atası Məhəmməd Səlah "Al-Jazeera" kanalına müsahibəsində, "Sərhədi keçə bilmədik. Siz əgər Razanı tanısaydız, bilərdiniz o həyatı necə sevirdi, şeirlər yazırdı, vətənpərvər mahnıları çox sevərdi", - deyə bildirib. 
 
Razan komaya düşdükdən sonra həkimlər onu İsrail xəstəxanasına yönəltməyə imkan tapmayıblar. 20 gün sonra sərhədi keçmək üçün sənədlər hazır oldu, lakin Razan artıq dünyasını dəyişmişdi. 
 
Qəzzanın Səhiyyə Nazirliyinin nümayəndəsi Əşrəf əl-Kudranın sözlərinə görə, fələstinli xəstələrin həyatı Misirin sərhədi açıb-açmayacağından asıllıdır. 
 
Qeyd edək ki, Rifah ərazisində Misirlə sərhəd 25 oktyabr tarixindən bağlanıb, Misir sərhədi yalnız bir dəfə, fələstinlilərin Misirdən Qəzzaya qayıtması üçün açır. //

Google+ WhatsApp ok.ru