Terrorizmlə birgə mübarizə aparılmazsa, şiə və sünni terrora qurban olacaq

Terrorizmlə birgə mübarizə aparılmazsa, şiə və sünni terrora qurban olacaq

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif, Mədinə şəhərində baş vermiş partlayışa münasibət bildirərək deyib ki, artıq terroristlərin pozmadığı qırmızı xətlər qalmamışdır.
 
Maide.Az xəbər verir ki,  M.C. Zərif dünən sosial paylaşım saytı - Twiter'dən verdiyi açıqlamada “Terroristlərə qarşı birlikdə mübarizə aparılmadıqca həm Sünni, həm Şiə müsəlmanlar qurban olacaqlar” -deyə bildirib.
Qeyd edək ki, daha öncə də İran XİN-in sözcüsü Bəhram Qasimi, Səudiyyə Ərəbistanın Məscid-i Nəbəvinin yaxınlığında və Qətif bölgəsində baş verən partlayışları qınamışdı.
B. Qasimi, partlayışlarda həyatını itirənlərin yaxınlarıyla dərd ortaqlığında olduqlarını bildirib. 
İran bundan öncə də dəfələrlə terrorizmin hər növünün dünyanın harasında olmağından asılı olmayaraq qınanılmasının mühümlüyü  və bununla mübarizə üçün terrorizmin yayılmasına səbəb olan amillərin aşkar edilərək ciddi şəkildə mücadilənin gərəkli olmasını bilirib.
Qeyd edək ki, dünən axşam Mədinə şəhərindəki Məscid-i Nəbəvi yaxınlığında və Ərəbistanın şərqində yerləşən Qətif bölgəsində bir məsciddə ortaya çıxan partlayışlarda 4-ü mühafizəçi olmaqla 6 nəfər həyatını itirib.

Google+ WhatsApp ok.ru