Terrorçuluqda ittiham olunan iki amerikalı saxlanıldı

Terrorçuluqda ittiham olunan iki amerikalı saxlanıldı

Tunisin Cəndubə şəhərində terrorçuluqda ittiham olunan iki nəfər amerikalı  saxlanılıb.
 
Maide.Az xəbər verir ki, Tunis Daxili İşlər Nazirliyinə yaxın mənbələrdən verilən məlumata görə, ölkənin şimal-qərbindəki Cəndubə şəhərində amerikalı iki nəfər terror şübhəsi ilə saxlanılıb. 
 
Dindirilmə zamanı,  sözü gedən şəxslərin terrorçuları dəstəkləyən fikirlər səsləndirdikləri bildirilib.
 
Həmçinin şübhəlilərin kompüterlərinin araşdırılması zamanı onların kompüterlərindən terror təşkilatlarının videoları tapılıb
 
Sözügedən amerikalıların jurnalistika təhsili almaq məqsədilə Tunisə gəldiyi bildirilib.
 
Şübhəlilərdən birinin, tunisli qadın ilə evli olduğu və Suriyada olarkən terror qrupunun üzvü olduğu qeyd olunub.
 

Google+ WhatsApp ok.ru