Texasda “Harvi” qasırğasının qurbanlarının sayı 60-a çatıb

Texasda “Harvi” qasırğasının qurbanlarının sayı 60-a çatıb

ABŞ-ın Texas ştatında “Harvi” qasırğası nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.
 
Bu barədə Texas ştatının rəsmi orqanları məlumat verib.
 
Bundan əvvəl 47 nəfərin öldüyü, təqribən 20 nəfərin itkin düşdüyü bildirilirdi. Yeni hesablamalara bilavasitə qasırğa zamanı, həmçinin təbii fəlakətin fəsadlarından həyatlarını itirənlər daxil edilib.
 
Texas ştatının qubernatoru Qreq Ebbot qasırğanın fəsadlarının aradan qaldırılmasına 150-180 milyard dollar vəsaitin tələb olunduğunu bildirib. “Harvi” son 12 ildə ABŞ-da qeydə alınan ən güclü qasırğa olub. Qasırğanın fəsadları Texas ştatının iqtisadiyyatına, o cümlədən biznes, əmək bazarı və şirkətlərin gəlirlərinə ciddi təsir göstərəcək. Dəyən zərərin miqdarı 2005-ci ildə “Katrina” və 2007-ci ildə “Sendi” qasırğalarının vurduğu birgə ziyanı üstələyə bilər.(apa)

Google+ WhatsApp ok.ru