`The Guardian`ın aparıcı jurnalisti İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib

İngiltərənin populyar nəşrlərindən The Guardian qəzetinin aparıcı əməkdaışı Conatan Stil müqəddəs Nəcəf şəhərinə səfər edib.
Maide.az xəbər verir ki, tanınmış jurnalist İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət edib və pak hərəmin rəhbəri Seyyid Haşim Nizar tərəfindən qəbul olunub. 
 
Ziyarət təəssüratlarını bölüşərkən C.Stil deyib: "Mən bu ziyarətimdən çox məmnunam. Bura gəlməyimlə  fəxr edirəm ki, bu müqəddəs, tarixi və füsunkar yeri görmüşəm. Bizim hərəm rəhbərliyi ilə də görüşümüz oldu. Görüşdə bizə buranın tarixi barədə, bütün dinlərə və bəşəriyyətə sevgi və sülh aşılayan məkan barədə xeyli məlumatlar verildi".
 
The Guardian qəzetinin əsası 1821-cı ildə qoyulub. Hər gün nəşr olunan 194 yaşlı qəzetin mərkəzi ofisi Londonda yerləşir.  /

Google+ WhatsApp ok.ru