The Observer : `Yalnız Qasim Süleymani İŞİD-i məğlub edə bilər`

İngiltərədə dərc olunan "The Observer" qəzeti İŞİD terror təşkilatının hazırda iranlı komandir general Qasim Süleymaninin qarşısında çıxılmaz vəziyyətə düşdüyünü yazıb. 
 
Maide.az xəbər verir ki, qəzet belə yazır: "Cari ilin iyul ayında İraq ordusu İŞİD qarşısında fərarilik etdiyi zaman iranlı general meydana çıxdı və İŞİD-in Mosulu ələ keçərməsindən bir neçə saat sonra Süleymani Bağdadda idi və o tarixdən bu günə qədər müdafiə əməliyyatlarını general Süleymani Bağdaddan idarə edir. Süleymani həmçinin İŞİD-in Ərbili təhdid etdiyi zaman ölkənin şimal bölgəsinə gedərək, buna mane oldu. Qüds ordusu komandiri hazırda İraqın ən ücqar bölgələrində belə böyük hörmət görməkdədir. Çünki o, İŞİD-in İraqda irəliləməsinə maneə törədə biləcək yeganə komandirdir."

Google+ WhatsApp ok.ru