Tibb Universitetində hicab qadağası ləğv oluna bilər

Rusiyanın təhsil üzrə nəzarət xidməti Piroqov adına Tibb Universitetində tələbə və müəllimlərə hicab qadağasının qanuni olub-olmadığını yoxlayacaq. 
Maide.az xəbər verir ki, bu barədə Rusiyanın təhsil naziri Dmitriy Livanov jurnalistlərə açıqlamasında bildirib. Nazir onu da əlavə edib ki, universitet rektorunun tələbələrin narkotik istifadəçisi olub-olmadığını yoxlatmaq əmrinin də qanuni tərəfləri yoxlanılacaq.  
 
Livanov qeyd edib ki, vahid tibb forması vacib olsa da, universitetin qanunları tələbələrin şəxsiyyətinə, individuallığına toxunmamalıdır. //

Google+ WhatsApp ok.ru