Ərbil İcra Hakimiyyətinə intihar hücumu

İraqın Ərbil şəhərində meriya binasına qarşı həyata keçirilən intihar hücumunda ilkin hesablamalara görə, 4 nəfər ölüb, çoxlu sayda yaralı var.
 
Maide.az xəbər verir ki, Ərbil Polis İdarəsinin sözçüsü Rayit Kervan kimliyi hələ müəyyən olunmayan təcavüzkarın bomba yüklü avtomobillə meriya binasına girməyə çalışdığını, təhlükəsizlik qüvvələrinin atəş açması nəticəsində özünü partlatdığını bildirib. Kervan hadisədə ilkin məlumatlara görə, aralarında intiharçının da olduğu 4 nəfərin öldüyünü, bir çox adamın yaralandığını deyib.
 
Sıx şəkildə qorunan Ərbil Meriya binasına təşkil olunan hücum nəticəsində ətrafdakı bina və avtomobillərə ağır zərər dəyib.

Google+ WhatsApp ok.ru