Tikintidən iki qadının başına dəmir düşdü

Fevralın 21-də Bakının Səbail rayonu, Parlament prospekti 9 ünvanında aparılan tikinti zamanı bədbəxt hadisə baş verib.
 
APA TV-nin məlumatına görə, tikinti aparılan obyektin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşüb. Nəticədə 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Digər piyada isə, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
 
Əraziyə prokurorluq və Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Səbail rayon şöbəsinə aparılıb. Dəmir parçalarını maddi sübut kimi hüquq-mühafizə orqanı əməkdaşları götürüblər.
 
Tikintiyə məsul şəxslər Səbail Rayon Polis İdarəsinə aparılıb. İdarədən verilən məlumata görə, aparılan araşdırmadan sonra hadisəyə hüquqi qiymət veriləcək./

Google+ WhatsApp ok.ru