İtkin düşən iki əsgərimizdən acı xəbər

İyunun 23-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu sahəsində qoşunların təmas xəttində, dağ-meşə şəraitində yolu azan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kiçik çavuş Musayev Musa Sabir oğlu və kiçik çavuş Yolçuyev Tural Sahib oğlunun axtarışları Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
 
Maide.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 25-də hərbi qulluqçuların meyitləri qarşı tərəfdə minalanmış sahədə aşkar edilib.
 
Görülən tədbirlər nəticəsində cəsədlər ərazidən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib./

Google+ WhatsApp ok.ru