İtkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı- YENİLƏNİB 05 Sentyabr 2020 11:15 Hadisə Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva məlumat verib. O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb. Sentyabrın 2-də itkin düşən uşağın hələ də tapılmamasına görə ailə üzvləri Ceyranbatan su anbarının qarşısına toplaşıb. Onlar xilasedicilərdən uşağı tapmağı tələb ediblər. Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 2 sentyabr 2020-ci il tarixində FHN-in 112 qaynar telefon xəttinə Davudov Yusif Bəhlul oğlunun “Stansiya Sumqayıt” adlanan ərazidə itkin düşməsi barədə məlumat daxil olub: “Dərhal məlumat aidiyyatı üzrə ötürülərək Fövqəladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidməti və kinoloji xidməti axtarışlara başlayıb. Axtarışlar aparılıb, daha sonra itkin düşən uşağın 9-10 yaşlı dostu deyib ki, Davud orada itməyib, başqa bir yerdə gölməçəyə düşüb. Həmin gölməçə ərazidə təxminən 2 metr dərinliyindədir. Gecə saatlarında həmin gölməçədə axtarışlara başlanılıb. Axtarışlar uzun müddət davam edəndən sonra məlum olub ki, itkin düşən uşaq həmin gölməçədə də yoxdur. Axtarışlar nəticə verməyib. Daha sonra itkin düşən uşağın həmin dostu bildirib ki, Davud həmin gölməçədə deyil, Samur-Abşeron kanalında əlini yuyarkən yıxılıb suya düşərək boğulub, o da qorxub qaçıb. Bu məlumat əsasında Samur-Abşeron kanalında xüsusi riskli xilasetmə xidməti axtarışlara başlamalı olub. Kanalda çox güclü su axını olduğundan xilasedicilər əraziyə daxil ola bilməyiblər. Su axınının müvəqqəti dayandırılması üçün aidiyyatı qurumlara müraciət olunub. Lakin fəsilə görə həmin su axınını dayandırmaq mümkün olmayıb. Ona görə də hazırda orada axtarış aparmaq həddindən artıq çətindir, suyun axarında xilasedicilərin hərəkət etməsi mümkün deyil. Kanalın həmin hissəsi Ceyranbatan su anbarından 3 kilometr aralı məsafədədir. Uşağın harada itkin düşməsi dəqiq deyil, bütün axtarışlar onun azyaşlı dostunun ehtimalları əsasında aparılır”. Teqlər : #itən uşaq,#Ceyranbatan su anbarı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda kran aşdı, ölən var- YENİLƏNİB2/Video Gəncədə qadın dərmandan zəhərlənib Hadisə Küveytdə neft emalı zavodunda yanğın baş verib Bu il Azərbaycanda 1 171 yol qəzası olub, 504 nəfər ölüb Aeroport yolundakı qəzada 21 yaralı, 5 nəfər həyatını itirib - YENİLƏNİB Lerik-Kəlvəz yolunda avtonəqliyyat vasitələrinin hərəkəti təmin olunub - FOTO - YENİLƏNİB Livanda neft anbarında yanğın olub Rusiyada təyyarə qəzaya uğrayıb, ölənlər var Yaponiyada zəlzələ nəticəsində 52 nəfər xəsarət alıb Pakistanda zəlzələ zamanı azı 20 nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb Yaponiyada zəlzələ olub, xəsarət alanlar var Peyğəmbərin karikaturalarının müəllifi maşında yanaraq kül oldu - FOTO/VIDEO Venesuelada neft kəməri partlayıb Ekvador həbsxanasında toqquşmada ölənlərin sayı 100-ü keçib Kanadada mədən qəzası olub, 39 işçi yerin altında qalıb Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var Əfqanıstanda partlayış olub, ölənlər var Leysan yağışlar Balakən və Zaqatalada infrastruktura ziyan vurub Batumini su basıb - FOTO Ukrayna Prezidentinin baş müşavirinə sui-qəsd cəhdi olub Dağıstanda hoteldə güclü yanğın olub: Ölən və xəsarət alanlar var - VIDEO Kanar adalarındakı vulkan 100-dən çox evi yandırıb Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Rusiyada universitetdə atışmada 8 nəfər ölüb, 28 nəfər yaralanıb - YENİLƏNİB-4 - VİDEO Daşkəsənə dolu düşüb, elektrik kəsilib, nəqliyyatın hərəkəti çətinləşib Bakıda ağaclıq ərazidə yanğın başlayıb Yeni Zelandiyada helikopter qəzaya uğrayıb, ölən var Çində güclü zəlzələ baş verib, ölənlər var Ukraynada terror aktı: Ölənlər var - VİDEO Qazaxıstanda silah-sursat anbarında partlayışda ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB - 2 Bolqarıstanda silah zavodu partlayıb - Ölən var Bakıdakı güclü yanğın söndürüldü - YENİLƏNİB Yaponiyanın Atom Elektrik Stansiyasında yanğın olub Günvurmalarla bağlı müraciətlərin sayı açıqlanıb Haitidə fövqəladə vəziyyət rejimi tətbiq edilib Rusiyada avtobusda partlayış: 18 yaralı, 1 ölü Rusiyada göyərtəsində 16 nəfərin olduğu helikopter qəzaya uğrayıb, ölənlər və xəsarət alanlar var Türkiyədə sel və torpaq sürüşməsi (VİDEO) İran Prezidenti yeni kabinet üzvlərinin siyahısını məclisə təqdim edib Türkiyədə 208 yanğından 196-sı nəzarət altına alınıb Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır Yardımlı meşəsində YANĞIN Bakı metrosunda hərəkət bərpa olunub - YENİLƏNİB Ukraynada təyyarə evin üstünə düşüb, 4 nəfər ölüb