Türkiyədə Coca-Colanın satışı dayandırıldı

Sosial şəbəkələrdə başladılan kompaniya marketləri hərəkətə keçirib

İsrailin Qəzzadakı qırğınlarının ardından sosial mediada Coca-Cola və İsrail məhsullarını satın almama çağırışlar edilir.

Maide.az-ın "Anadolu Ajanas"a istinadən verdiyi məlumata görə, çağırışa dəstək verən Türkiyənin Ordu Böyükşəhər, Ərzurum Böyükşəhər, Dənizli Böyükşəhər, Nevşehir, Başakşehir, Bağçılar, Üsküdar, Ümraniye, Esenlər, Şahinbey, Safranbolu, Kepez bələdiyyələri də ictimai obyektlər, market və restoranlarında sözügedən məhsulların satışını dayandırıb.

Twitterdə "Qəzza üçün Coca-Cola içməyin", "Müharibəyə ortaq olmayacağıq, Coca-Cola içməyəcəyik", "Zalım İsrail və əməkdaşlıq etdiyi sərmayəçiləri boykot edir məhsullarını satmırıq" kimi mesajlar paylaşılır.

Ordu Böyükşəhər Bələdiyyə başçısı Enver Yılmaz, Böyükşəhər Bələdiyyəsi olaraq İsrail mallarını boykot qərarı verdiklərini təsdiqləyib.

İsrailin dünyanın gözü qarşısında Qəzzaya hücum etdiyini, uşaqları və qadınları qətlə yetirdiyini söyləyən Yılmaz, "çimərlikdə oynayan günahsız balaları öldürür. Sanki gözləri dönüb. Bu ana qədər aralarında uşaqların da olduğu 500-dən artıq fələstinli qardaşımızı qətlə yetiriblər. Bu zülmə səssiz qala bilmərik", - deyə əlavə edib.

Şahinbey Bələdiyyə başçısı Məmməd Tahmazoğlu isə bildirib ki, aldığımız hər bir İsrail malı müsəlmanların başında bomba olub partlaya bilər.

Google+ WhatsApp ok.ru