Ukraynada qəzaya uğramış “Boinq”in 251 sərnişininin cəsədi tapılıb

Malayziyaya məxsus təyyarənin qəzaya uğradığı ərazidə 251 nəfərin cəsədi, habelə ölənlərin bədənlərinin 66 ayrı-ayrı hissəsi tapılıb.

Bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında bildirilir.

Qeyd olunur ki, cəsədlər və bədən fraqmentləri Torez dəmir yolu stansiyasında refrijerator-vaqonlara yüklənib.

Mütəxəssislər artıq 120 kv.m-lik ərazidə axtarış aparıblar.

Google+ WhatsApp ok.ru