Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyip Ərdoğan olub

Türkiyədə ötən gün  keçirilmiş prezident seçkilərinin ilkin nəticələri açıqlanıb.
 
Türkiyə tarixində ilk dəfə ümumxalq səsverməsi ilə seçilən 12-ci prezident Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyip Ərdoğan olub.
O, seçilərin 51.95 faizinin səsini toplayıb. 
Ərdoğan qələbəsi münasibətilə məşhur "balkon çıxışı"nı edib. O, Türkiyə xalqına ona göstərdiyi etimada görə təşəkkür edib. 

Ekmələddin İhsanoğlu 38,48 faiz səslə ikinci, Səlahəddin Dəmirdaş isə 9,71 faiz səs toplayaraq üçüncüdür.

Türkiyədə bazar günü yerli vaxtla saat 08:00-da sayca 12-ci prezident seçkilərində səsvermə başlayıb.

2007-ci ildə baş tutmuş referendumun nəticələrinə əsasən, əvvəlki prezident seçkiləri ilə müqayisədə Türkiyə Prezidentini 2014-cü ildən parlament deyil, xalq əvvəlki 7 il əvəzinə 5 il müddətinə seçir.

Türkiyədə 53 milyon 17 min 214 seçici var.

 

Google+ WhatsApp ok.ru