Türkiyə parlamenti İraq və Suriyaya müdaxilə qərarını qəbul etdi

Türkiyənin Böyük Millət Məclisi Ankarının İraq və Suriyaya hərbi müdaxiləsinə yaşıl işıq yandıran qərarı qəbul edib.
 
Maide.az-ın məlumatına görə, Türkiyə parlamenti İŞİD terrorçularına qarşı hərbi hərəkət barədə bu qərarı Kobani ətrafındakı mühasirənin daraltdığı bir vaxtda qəbul edib.
 
Bildirilir ki, Kobani əhalisindən qadınlar, qocalar və uşaqlar Türkiyə ərazisinə sığınsalar da, əli silah tutan kürdlər terrorçulara qarşı səngərləniblər.
 
Kürd döyüşçülər bildiriblər ki, terrorçular onlardan daha güclü və daha mükəmməl silahlanıblar.
 
Mətbuat yazır ki, Türkiyə parlamentindən 298 leyhinə və 98 əleyhinə nisbətində keçən bu qərar ölkə hərbiyyəsinin İraq və Suriyaya müdaxiləsinə, habelə ölkə ərazisinin NATO müttəfiqləri tərəfindən İŞİD-ə qarşı əməliyyatlarda istifadəsinə yol açsa da müdafiə naziri İsmet Yılmaz müdaxilənin dərhal başlanmayacağını bildirib.
 
 

Google+ WhatsApp ok.ru