Sionistlər terroristləri müalicə edir

Maide.az-ın İsrailin "Yediot Ahoronot" qəzetinə istinadən verdiyi məlumata görə, sionist rejim indiyə qədər Suriyadakı terroristləri müalicə etmək üçün 10 milyon dollar xərc çəkib.
 
Xəbərə görə, Suriyada olan terroristlərin çoxu yaralandıqdan sonra Səfəddəki Zif, Əl-Cəlildəki Neharya, Təbəriyadakı Bura və Hayfadakı Rembam xəstəxanalarında müalicə olunurlar.
 
Yaralı terroristlərin müxtəlif qruplardan olduğu bildirilən xəbərdə deyilir ki, onlara işğal edilən torpaqlara daxil olduqdan sonra əvvəlcə Qolandakı səhra xəstəxanalarında ilkin tibbi yardım göstərilir, sonra sözügedən xəstəxanala nəql edilirlər.
 
Sionist rejim isə ictimaiyyətə yalan məlumat verərək, müalicə olunanların Suriya vətəndaşları olduğunu deyirlər. 

Google+ WhatsApp ok.ru