Türkiyə Balkanlarda böyük məscid tikəcək

Türkiyə höküməti Albaniyanın paytaxtı Tiran şəhərində böyük məscid tiktirəcək, bu haqda məlumatı bazar ertəsi, Türkiyənin dini işlər üzrə idarəsi məlumat yayıb.
Maide.az-ın məlumatına görə, Diyanət fondunun rəhbəri İsmayıl Palakoğlu bildirib ki, Tiran şəhərinin əhalisi 300 000 min nəfərdir, onların 70% müsəlmanlardır. 

Onun sözlərinə görə, şəhərdə cəmi 1 məscid var, onun da tutumu i 60 nəfərlikdir. Bu səbəbdən bayram günlərində çox adam məscidə gələ bilmir.  "Yağışlı havalarda bu insanlara narahatlıqlar gətirir. Yeni tikiləcək məsciddə 4 minarə olacaq, orada 4 500 müsəlman ibadət edə biləcək " - deyə Palakoğlu əlavə edib.
Tikinti üçün 1 hektar ərazi ayrılıb. Məscidin inşası 2-3 il ərazində tamamlanacaq. //

 

Google+ WhatsApp ok.ru