Zambiya prezidenti dünyasını dəyişib

Zambiya prezidenti Maykl Sata Londonda vəfat edib.
 
M. Satanın hansı xəstəlikdən öldüyü açıqlanmayıb.   
 
Sentyabrın sonlarında Zambiya prezidenti Nyu-York klinikalarından birinə aparılıb. Daha əvvəl – iyun ayında isə o, İsraildə 1 aya yaxın müalicə olunub.
 
M. Sata 2011-ci ilin sentyabrında Zambiya prezidenti seçilib.

Google+ WhatsApp ok.ru