Türkiyə 15 faiz dedi, Putin 6-ya razılaşdı

"Türkiyə təbii qazın qiymətini 15 faiz aşağı salmağa təklif edirdi, lakin bu məsələ birgə layihələrdə iştirakımız nəzərə alınmaqla həll olunacaq". Bunu  Rusiya energetika naziri Aleksandr Novak bəyan edib.
 
“Əsas etibarı ilə, Türkiyənin təklifi müzakirə oluna bilər. Yanvarın 1-dən qiymətin 6 faiz aşağı salınması birinci mərhələdir”, deyə Novak bildirib.
 
Onun sözlərinə görə, Ukrayna ərazisindən Türkiyəyə təbii qaz nəqlindəki məhdudiyyətlər də aradan götürülüb.
 
Xatırladaq ki, 2015-ci il, yanvarın 1-dən Rusiya Türkiyəyə satdığı təbii qazın satış qiymətini 6 faiz aşağı salacaq.

Google+ WhatsApp ok.ru