Türkiyə Parlamentinin binası yaxınlığında partlayış

Türkiyə Böyük Millət Məclisinə yeni alınan generatorların işlədilməsi zamanı çıxan güclü tüstü və partlayışa bənzər səs çaxnaşmaya səbəb olub.
 
Maide.az xəbər verir ki, Parlamentin yeni xidmət binasının önündəki generatorlardan çıxan qara tüstü Məclis binasında yanğın çaxnaşması yaradıb. Xilasetmə qüvvələri əraziyə cəlb edilib.  
 
Səlahiyyətlilər bildiriblər ki, hər hansı bir yanğın baş verməyib. Yeni alınan generatorların ilk işlədilməsi zamanı borularda yığılıb qalmış qurum bu şəkildə bayıra çıxıb və buna görə partlayışa bənzər səs yaranıb. Ancaq bir müddət sonra sıx tüstü özbaşına kəsilib.

Google+ WhatsApp ok.ru