Türkiyə qarışdı (VİDEO)

Türkiyədə Gəzi Parkı hadisələri zamanı öldürülən Əli İsmayıl Qorxmaz adlı gəncin qətlində 4 nəfər ittiham olunub. Oxunan hökm isə ölkənin əksər vilayətlərində qəzəbə səbəb olub.

ANS TV-nin məlumatına görə, Kayseri məhkəməsi müttəhimlərə 6 ildən 10 ilə qədər həbs cəzası verib. Cəza müddətinin az olması ilə əlaqədar paytaxt Ankara ilə yanaşı, İstanbul, Bursa, İzmir və Əskişəhərdə baş qaldıran etiraz aksiyaları polislə qarşıdurmalara səbəb olub. İstanbul şəhərində fəallar pirotexniki vasitələrlə polisə hücum ediblər. Polis gözyaşardıcı qaz və su şirnaqları ilə aksiyanı dağıtmağa cəhd göstərib. Polis ona müqavimət göstərən bir neçə nəfəri həbs edib.

Oxşar hadisələr paytaxt Ankarada da qeydə alınıb. Bir qrup fəal “Əli İsmayıl Qorxmaza ədalər şüarları” ilə çıxış ediblər. Daha sonra aksiyaçılar polisin müdaxiləsi ilə qarşılaşıblar. Fəallar polisə daşla hücum ediblər. Qarşıdurmalar zamanı bir neçə mağaza və evə zərər dəyib. Polis zorakılıq törədən 13 nəfəri həbs edib.

Xatırladaq ki, Əli İsmayıl Qorxmaz 2013-cü ilin iyununda Əskişəhərdə Gəzi Parkı hadisələri zamanıl bir qrup şəxs tərəfindən döyülmüşdü. Qorxmaz, xəstəxanaya yerləşdirildikdən 28 gün sonra həyatını dəyişmişdi. /

 

Google+ WhatsApp ok.ru