Türkiyədə şok istefa

Türkiyə Milli Kəşfiyyatının (MİT) rəhbərinin müavini Hakan Fidan istefa verib. 
 
Maide.az "Anadolu Ajans"a istinadən xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu ilə görüşüb razılıq alan Hakan Fidanın istefası fevralın 10-dan etibarən keçərli olacaq. 
 
İstefadan canlı yayımda xəbər tutan baş nazirin müavini Bulənt Arınç “Xeyirli olsun” deyib. 
 
Bildirilir ki, MİT müavini Hakan Fidan AKP-dən deputatlığa namizəd olmaq üçün istefa verib. 

Google+ WhatsApp ok.ru