Yəməndə Husilər qələbə çaldılar

Yəmən İnqilab Komitəsi keçid dövrü konstitusiyasını açıqlayıb.
 
Maide.az xəbər verir ki, dünən paytaxt Sənada prezident sarayında elan edilən bu müvəqqəti konstitusiyaya əsasən mövcud nümayəndələr məclisi ləğv edilərək, əvəzinə Müvəqqəti Milli Məclis yaradılacaq.
 
"Əl Aləm" telekanalının bildirdiyinə görə, yeni konstitusiyanın elanı prezident sarayında başda müdafiə və daxili işlər nazirləri olmaqla çoxlu sayda siyasi, hərbi, sosial və akademik dairələri ilə analitiklər qarşısında keçirilib.
 
İnqilab Rəhbərliyi bildirib ki, Yəmən hakimiyyətinin zülm və təzyiqi altında inləyən Yəmən xalqının tələbləri və iradəsi əsasında hərəkət edəcəklər. 
 
Son məlumatlara görə, Ənsarullah Hərəkatının lideri Seyid Abdulməlik Husi bu gün Yəmən xalqına müraciət edəcək.
 
Xəbər agentliklərinin bildirdiyinə görə, Yəmən Konstitusiya bəyannaməsinin elanından sonra başda paytaxt Səna olmaqla ölkənin müxtəlif bölgələrində bayram mərasimləri başlayıb.
 
Yəmən Ənsarullah hərəkatı tərəfindən açıqlanan bəyannaməyə görə, Millət Məclisi tərəfindən təyin edilən və İnqilab Komitəsi tərəfindən təsdiqlənən 5 nəfərdən ibarət Prezident Şurası Heyəti yaradılıb.

Google+ WhatsApp ok.ru