Türkiyə Səudiyyə Ərəbistanı ilə birlikdə Suriyaya qoşun yeridəcək

Türkiyə  prezidenti  Ərdoğanın Ər-Riyad səfərindən  sonra  ərəb mətbuatında Səudiyyə Ərəbistanı və Türkiyə arasında yeni ittifaqın  qurulacağı ilə bağlı yazılar gedir.
 
Avropa.info xəbər verir ki, ərəbcə çıxan "Xaliç" internet saytı yeni sensasion iddia ilə çıxış edib. 
 
Saytın iddiasına görə, Səudiyyə Ərəbistanı və Türkiyə yaz aylarında Suriyaya birgə hərbi müdaxilə etmə nöqtəsində razılaşıblar.
 
Məlumata görə, Ərdoğan və kral Salman, Ərdoğanın ümrədə etdiyi son səfərində, Suriya məsələsində  əməkdaşlıq  yönündə razılaşma əldə ediblər . Qeyd edək ki,  Ərdoğanın Ər-Riyad səfərindən  sonra,  Suriya məsələsində razılıq əldə olunduğu barədə  mətbuata açıqlama verilmiş, ancaq hər hansı bir detal açıqlanmamışdı.
 
 
Saytın iddiasına  görə, Səudiyyə Ərəbistanı təhlükəsizlik mənbələrinə yaxın  vəzifəli şəxs bu iddianı təsdiqləyib. Eyni zamanda  Türkiyədə də baş nazirə yaxın bir qaynaq  hərbi əməliyyatın Əsəd rejiminə qarşı yönələcəyini bildirib. Bundan başqa, hər iki dövlət İran əsgərlərinin Suriya ərazisinə yeridilməsindən də narahatdırlar.
 
Saytın yazdığına görə, hərbi əməliyyatların başlaması üçün, sadəcə Türkiyədə keçiriləcək seçkilər gözlənilir. Seçkilərdən sonra, yaz aylarında hərbi əməliyyatlara start veriləcək./

 

Google+ WhatsApp ok.ru