Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək 21 Mart 2015 02:00 Dünya Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək. APA-nın Türkiyənin Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyib. Ərdoğan bildirib ki, Türkiyə Ukraynaya məcburi köçkünlər üçün 10 milyon dollarlıq humanitar yardım da ayırıb: “ Bunu qonşuluğumuz və strateji tərəfdaşlığımız üçün vacib addım hesab edirik, bu yardımların dostlarımız üçün xeyirli olmasını diləyirəm”. Türkiyə prezidenti vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsi ötən il 6 milyard dollar olub: “Hədəfimiz bu rəqəmin 2017ci ildə 10, 2023-cu ildə 20 milyard dollar olması ilə bağlıdır”./ Teqlər : #Türkiyə Ukraynaya 50 milyon dollar kredit verəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ərdoğan artıq Ukraynadadır 4 Rusiya vətəndaşı Türkiyədə saxlanıldı
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO