Türkiyə prezidenti Misir prezidentindən üzr istəyib?

Türkiyədə nəşr olunan Zaman qəzeti iddia edib ki, ölkə prezidenti Rəcəb Tayyıb Ərdoğan Ərəbistana son səfərində öz misirli həmkarı ilə görüşərək, ölkəsinin siyasətləri barədə ondan üzr istəyib.
Maide.az xəbər verir ki,  Zaman qəzeti Türkiyədə tanınmış sosial şəbəkə fəallarından olan Fuad Avniyə istinadən yazıb ki,  ölkə prezidenti Rəcəb Tayyıb Ərdoğan bundan öncə üç dəfə vasitəçilər yolu ilə Abdel-Fəttah əl-Sisi  ilə görüşmək istəyib, amma Misir prezidenti bu xahişi rədd edib.
Məlumata görə, nəhayət Ərəbistan kralının vasitəçiliyi ilə Əl-Sisi Ərdoğanla görüşü qəbul edib və Ərdoğan Kral Salmanın yanında Əl-Sisidən üzr istəyib.
Fuad Avni iddia edib ki, Ərdoğan həmin görüşdə israrla Ərəbistan kralı və Misir prezidentindən istəyib ki, bu görüşün xəbəri yayılmasın. 
Fuad Avni iddia edib ki, Ərdoğan bu görüşdən bir neçə saat sonra deyib ki, lazım gələrsə, Bəşşar Əsədlə də görüşə hazır olacağam./
 

 

Google+ WhatsApp ok.ru