Türkiyə prezidenti İrana gedir

Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan sabah Tehrana səfər edir.
Maide.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyıp Ərdoğan İran prezidenti cənab Həsən Ruhaninin rəsmi dəvəti ilə sabah günortadan sonra Tehrana səfər edəcək. Ərdoğanı bu səfərdə 7 nazir müşaiyət edəcək. 
Türkiyə prezidenti bu səfərdə İranın prezidenti daxil olmaqla bəzi rəsmiləri ilə qarşılıqlı münasibətlərin inkişafı, son mühüm region hadisələri və beynəlxalq məsələlər barədə danışacaq. İran KİV-lərinin məlumatına görə R.T.Ərdoğan Ali Lider Ayətullah Xamenei ilə də görüşəcək. 
Ərdoğanın İrana səfərində iki ölkə arasında bir neçə əməkdaşlıq sazişi imzalanacaq.
Qeyd edək ki, Ərdoğanın İrana səfəri ölkə parlamentinin bəzi nümayəndələri və ictimai şəxslər tərəfindən etirazla qarşılanıb. Etiraza səbəb isə Ərdoğanın Səudiyyə rejiminin Yəmənə hücumundan sonra İranla bağlı söylədiyi fikirlər olub. Onlar Ərdoğanın İran xalqından üzr istəməsini tələb edir. /

Google+ WhatsApp ok.ru