Türkiyə ilk atom elektrik stansiyasını tikməyə başlayıb

Türkiyə öz atom elektrik stansiyasının quraşdırmağa  başlayıb.
Maide.az  xəbər verir ki,  Rusiyanın "Atom Rusiya" şirkəti Türkiyənin Mərsin vilayətində Türkiyənin  ilk AES-nin quraşdırılmasına başlayıb. 
Türkiyənin "Akkuyu" atom elektrik stansiyası 4 blokdan ibarət olacaq və 2020-ci ildə istifadəyə verilməsi gözlənlilir. 
Türkiyə quraşdırılması nəzərdə tutulan 3 AES-dən biri olan Akkuyu AES-in istifadəyə verilməsi ilə ölkənin elektrik enerjisi baxımından özünü təmin istiqamətində mühüm addım atmış olacağına inanır. 
Türkiyənin energetika naziri Akkuyu AES-in tikinti-quraşdırma işlərinin başlanması mərasimində deyib: Əgər Türkiyə 10 il öncə AES quraşdırmağa başlasaydı, indi təbii qaz idxalı sahəsində 14 milyard dollar qənaət etmiş olardı./
 

Google+ WhatsApp ok.ru