Türkiyədə iki hakim həbs olunub

Türkiyənin İstanbul şəhər məhkəməsi iki hakimin həbsi haqda hökm çıxarıb.
 
Maide.az-ın məlumatına görə, Türkiyə rəsmiləri cümə günü bildiriblər ki, həbs olunmuş hakimlər Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın müxaliflərindən 74 nəfərin azad edilməsi barədə hökm çıxarıblar.
 
Həbs olunmuş hakimlər bundan öncə Ali Hakimlər Məhkəməsinin hökmü ilə vəzifələrindən kənarlaşdırılmışdılar.
 
Çərşənbə axşamı Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan demişdi ki, bu ölkənin bəzi hakimləri hələ də Hizmət hərəkatının lideri Fəthullah Güləndən göstəriş alırlar. 
 
Türkiyə polisi 2014-cü ilin dekabrında bu ölkənin on üç vilayətində "paralel dövlət"lə əlaqə ittiahamı ilə polis zabitləri və media üzrə məsul şəxslərdən onlarla nəfəri həbs etdi.

Google+ WhatsApp ok.ru