Türkiyə gəmisi Liviya sahillərində hücuma məruz qalıb, kapitan köməkçisi ölüb

Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görtə, Türkiyənin yük gəmisi Liviya sahillərində atəşə məruz qalıb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb. 
 
Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilir ki, Türkiya şirkətinə məxsus Kuk adaları bayraqlı "Tuna-1" adlı quru yük gəmisi İspaniyadan aldığı alçıpan yükünü təslim etmək üçün Liviyanın Tobruk limanına gedərkən, Tobrukun təxminən 13 mil yaxınlığında, beynəlxalq sularda qurudan artilleriya atəşinə məruz qalıb.
 
Hücumdan sonra zonadan uzaqlaşmağa çalışan gəmiyə fasilələrlə iki ayrı hava hücumu təşkil olunduğu, hücumlarda gəminin Türkiyə vətəndaşı 3-cü kapitanının öldüyü, ekipajdan da yaralananlar olduğu və gəmiyə maddi ziyan dəydiyi deyilir.
 
Hadisə mayın 10-da axşam saatlarında Türkiyə gəmisinin İspaniyadan aldığı alçipan yükünü Liviyanın Tobruk limanına yaxınlaşarkən 13 mil aralıda baş verib. Hadisənin digər təfərrüatları barədə məlumat hələlik açıqlanmayıb. 

Google+ WhatsApp ok.ru