Türkiyə xalqı `İsrail`i özünə ən böyük hədə hesab edir

Türkiyədə aparılan son rəy sorğusuna əsasən, bu ölkə vətəndaşları sionist rejimi Türkiyəyə ən böyük hədə hesab edirlər.
 
Maide.az-ın məlumatına görə, İstanbulun Qədir Has Universiteti tərəfindən aparılan və "Today Zaman" qəzetində dərc olunan bu rəy sorğusuna əsasən, Türkiyə vətəndaşları Təl-Əvivi ölkələri üçün əsas hədə hesab edirlər. 
 
Bu rəy sorğusunda iştirak edən 1000 nəfər arasında, 42,6% bildirib ki, İsrail Türkiyə üçün əsas hədədir. Sionist rejimdən sonra ikinci yerdə ABŞ qərarlaşır. Respondentlərin 35,5% Amerikanı əsas təhdid hesab edib. Bu rəy sorğusunda 22,1% də bir çox terror qruplaşmaları ilə müharibə vəziyyətində olan Suriyanı əsas təhdid hesab edib.
 

 

Google+ WhatsApp ok.ru