Qarşısına keçəni güllələdi - ABŞ-da atışma

ABŞ-ın Corciya ştatında atışma baş verib.
 
Maide.az-ın Rusiya KİV-nə istinadən bildirir ki, cinayəti törədən şəxs yerli mağazalardan birinin personalı ilə dalaşıb. Haqlı olduğunu sübut etmək üçün isə avtomat silahdan istifadə edib. Atışma nəticəsinə satıcı və alıcılardan biri yaralanıb. Zərəçəkənlərdən biri təcili yardım gələnə kimi hadisə yerində keçinib.
 
Qatil hadisədən sonra evinə gedib. Orada isə öz valideynlərini güllələyib. Sonra o hadisə yerinə gələn polislərə də atəş açmağa başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının cavab atəşi nəticəsində özü də yaralanıb. Hazırda bütün yaralılar xəstəxanadadır.
 
Başqa bir atışma isə Klivlend şəhərində baş verib. Atışma nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb.
 
Hadisə ötən gün gecə saatlarında baş verib. Polisin məlumatına görə, 29 yaşlı silahlı şəxs şəhərin qərbində evlərdən birinə daxil olaraq 24 yaşlı sevgilisini, həmçinin onun 63 yaşlı babasını öldürüb, sonra isə intihar edib.
 
Evə daxil olmaq istəyən şəxsə mane olmaq istəyən qızın nənəsi isə başından yaralanıb. Hazırda 60 yaşlı qadın xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 
 
“İlkin ehtimallara görə, hadisəyə səbəb kişi və onun sevgilisi arasında mübahisə olub”, - deyə polis şefinin müavini Ed Tomb vurğulayıb.
 
Faktlar üzrə araşdırma aparılır.

Google+ WhatsApp ok.ru