Türkiyə Uyğur türklərini qətlə yetirən Çinə etirazını bildirib

Türkiyə Xarici İşlər Nazirliyi Şərqi Türküstanda oruc tutduqları üçün zülmə məruz qalan Uyğur müsəlmanlarının taleyindən narahatlığını bildirib.
Maide.az xəbər verir ki, Şincan Uyğur Muxtar Vilayətində müsəlmanları oruc tutmaları və digər ibadətlərini yerinə yetirməsini qadağan edən Çinə etirazlar artmağa davam edir.
Türkiyə XİN-in açıqlamasında bildirilib ki, məsələ ilə bağlı Çin Xalq Respublikasının Ankaradakı səfirliyinə də narahatlıq ifadə edilib.
Xatırladaq ki, ötən ildən etibarən Çin Şərqi Türküstanda müsəlmanlara oruc tutmağı qadağan edib. Bu il qadağanı dinləməyərək İslami vacib ibadətlərini yerinə yetirən müsəlmanlara zülm edilib və 18 nəfər qətlə yetirilib./
 

Google+ WhatsApp ok.ru