Türkiyə ordusu İraqa girməyə hazırlaşır

Türkiyə Hərbi Hava Qüvvələri bu gecə də PKK silahlılarına qarşı əməliyyatlar keçirib.
Maide.az anspress-ə istinadən xəbər verir ki, F-16 tipli qırıcılar Diyarbəkir vilayətindən havalanaraq İraqda silahlıların mövqelərinə aviazərbələr endiriblər.
Aviazərbələrin 4-cü dalğasında Zap, Metina, Gara, Avaşin-Basyan, Haftanin, Hakurk və Kandildəki PKK-nın bütün sığınacaqları, silah anbarları, logistik sahələri bombardman edilib.
Türkiyə hökuməti əməliyyatların hələ də davam etdirləcəyi barədə qərar qəbul edib. Hazırda hökumət terrorçulara qarşı quru qoşunları İraqa daxil olması barədə qərarın verilməsi ətrafında düşünür.
Türkiyə kəşfiyyatının verdiyi məlumata görə, bu əməliyyatlar zamanı PKK tarixinin ən ağır itkisini verib. Kandildə yüzlərlə terrorçunun öldürülüb və onlardan 50-si terrorçuların başında duranlardır. Bundan başqa 100-ə yaxın terrorçu isə ağır yaralanıb.
PKK terrorçularına ağır zərbələr vurulsa da Türkiyədə bu əməliyyatlara qarşı çıxanlar da var. Əməliyyatlara qarşı çıxan yüzlərlə vətəndaşın etiraz aksiyaları gecə boyu davam edib. İstanbul şəhəri ilə yanaşı, Hakkari, Şırnaq, Batman, Bitlis, Siirt, Mersin və İzmir vilayətlərində etiraz aksiyaları sonda polislə qarşıdurmalara çevrilib. Qarşıdurmalar zamanı fəallar daş və yanıcı-kəsici maddələrlə polisə hücum ediblər. Polis isə gözyaşardıcı qaz və su şırnaqları ilə askiyanı dağıtmağa çalışıb.
Mersində baş tutan qarşıdurmalar zamanı PKK tərəfdarı olan bir nəfərin ağır xəsarət aldığı bildirilir.
İstanbul şəhərində isə daha bir polis əməkdaşı hökumətin PKK-ya qarşı əməliyyatlarına etiraz edən fəalların aksiyasını dağıtmağa çalışan zaman silahlı hücuma məruz qalıb. Polis əməkdaşı sinəsindən aldığı ağır yara nəticəsində dünyasını dəyişib./

Google+ WhatsApp ok.ru