Türkiyədə `İŞİD` qruplaşması ilə əlaqələrdə şübhəli bilinən 15 nəfər saxlanılıb

Türk polisi Ankarada keçirdiyi anti-terror əməliyyatları zamanı ən azı 15 adamı həbs edib. Bu barədə "Anadolu" agentliyi xəbər verir.
 
Türkiyə təhlükəsizlik qüvvələrinin xüsusi əməliyyatı İŞİD terror qruplaşmasının üzvlərinə qarşı yönəlib.
 
Son bir neçə gün ərzində Türkiyə ordusu Suriyanın sərhəd bölgələrində yerləşən "İŞİD" qruplaşması və İraqın şimalındakı Kürd Fəhlə Partiyasının obyektlərinə bir neçə zərbə endirib. Əməliyyatlar 20 iyul tarixində Şanlıurfa əyalətində 32 nəfərin hayatına son qoyan qanlı terror hücumu və iyulun 23-də Kilis vilayətində, Suriya sərhədində iki hərbçinin öldürülməsindən sonra başlayıb.

Google+ WhatsApp ok.ru