Türkiyə-İran qaz xətti partladılıb

Maide.az-ın məlumatına görə, Türkiyənin Ağrı əyalətində terrorçular qaz borusunu partladıb.
 
Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin bəyanatında partlayışın İran-Türkiyə qaz borusunda törədildiyi bildirilir.   
 
“Ağrı əyalətində İran-Türkiyə magistral qaz borusu xəttinin 15 km-də partlayış törədilib. Nəticədə baş verən yanğın qısa zamanda söndürülüb. Qaz borusu təmir edildikdən sonra qazın Türkiyəyə verilişi bərpa olunacaq”, deyə  nazir Taner Yıldızın bəyanatında bildirilir. 

Google+ WhatsApp ok.ru