Türkiyə təyyarəsi Varşavada məcburi eniş etdi 30 İyul 2015 01:00 Dünya "Türk Hava Yolları"na (THY) məxsus təyyarə Varşavanın Frederik Şopen adına Beynəlxalq Hava Limanına məcburi eniş edib, sərnişinlər təcili surətdə aeroport binasına təxliyə edilib. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Frederik Şopen adına Beynəlxalq Hava Limanının mətbuat xidmətinin rəhbəri Pşemıslav Pşıbılski məlumat verib. "Aeroport əməkdaşları 360 nəfəri təxliyə edib. Bütün sərnişinlər artıq hava limanının binasındadır. Hazırda təyyarədə yoxlamalar aparılır", - P.Pşıbılski deyib. Qeyd edək ki, İstanbul-San-Fransisko reysini həyata keçirən Türkiyəyə məxsus təyyarə Polşa paytaxtına məcburi eniş edib. Yerli KİV-lər buna səbəb kimi təyyarədə şübhəli əşyanın olması haqqında məlumatın yayılmasını qeyd ediblər. / Teqlər : #Türkiyə təyyarəsi Varşavada məcburi eniş etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Almaniyadan Türkiyə xəbərdarlığı: “Getməyin” HDP sədri Səlahəddin Dəmirtaşa qarşı cinayət işi başlanıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO