Türkiyədə 2 bələdiyyə sədri həbs edildi

Diyarbəkir Polis Prefekturasının keçirilən əməliyyatda 7 nəfər saxlanılıb.
 
Maide.az-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, mərkəz Sur rayon Bələdiyyəsi və Silvan Bələdiyyəsi tərəfindən daha əvvəl səsləndirilən "muxtariyyət" açıqlamalarından sonra Diyarbəkir Cümhuriyyət Prokurorluğunda istintaq başlayıb.
 
İstintaq çərçivəsində Polis İdarəsinin briqadaları mərkəz və Silvan rayonunda bəzi ünvanlarda keçirilən əməliyyatda, Sur Bələdiyyə sədri Seyid Narin, Silvan Bələdiyyə sədri Yüksəl Bodakçının da aralarında olduğu 7 nəfər saxlanılıb.
 
Polis 4 şübhəlinin yaxalanması üçün işlərini davam etdirir.

Google+ WhatsApp ok.ru