Türkiyənin Şırnak vilayətində növbəti terror aktı: 5 yaralı

Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Cizrə rayonunda polis əməkdaşlarına qarşı növbəti terror aktı törədilib.
 
Maide.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, PKK terrorçularının yol kənarına yerləşdirdiyi bombanın partladılması nəticəsində beş polis əməkdaşı yaralanıb.
 
Terrorçular yaralılara yardım etmək məqsədi ilə hadisə yerinə yollanan hərbçilərə də atəş açıblar.  

Google+ WhatsApp ok.ru