Əfxəm: ABŞ-ın siyasi davranışları regiondakı gərginliklərin başlıca amilidir

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü dünyada sabitlik və təhlükəsizliyin bərqərar edilməsinin, ABŞ-ın zorakılığa əsaslanan rəftarlardan çəkinməsindən asılı olduğunu bildirib.
 
Maide.az xəbər verir ki, Mərziyə Əfxəm açıqlamasında, "ABŞ prezidenti Barak Obamanın bu ölkə Senatının İranın nüvə işi ilə bağlı hərtərəfli müştərək addım proqramı haqqındakı qərarının ardınca verdiyi bəyanatı ziddiyyətlərlə doludur. Obamanın başçılıq etdiyi dövlətin İrana qarşı təhdid və sanksiya siyasətində uğursuzluğa uğramasının Amerikanı müzakirələrə boyun əymək məcburiyyətində qoyduğunu etiraf etməkdən çəkinir. ABŞ prezidenti nəticəsiz bir hərəkətdə İran ilə nüvə müzakirələrinin nəticəsini öz xeyrinə müsadirə etməyə çalışır. Amma reallıq, Amerikanın müzakirələrin sonunda öz tamahkarlığından əl çəkməyə məcbur olmasıdır", - deyib. 
 
Əfxəm İrana qarşı siyasi məqsədlərlə yaradılan süni böhranın aradan qaldırılmasını, nüvə müzakirələrinin əsas nailiyyətlərindən adlandırıb və deyib: "5+1 qrupuna üzv digər ölkələrin nüvə müzakirələrinin ardınca İran ilə əlaqələrini yaxşılaşdırmağa çalışdıqları bir halda, sionist lobbisinin mühasirəsində olan ABŞ dövləti reallığı qəbul etmək yerinə zaman-zaman yersiz və heç bir əlaqəsi olmayan iddialar ilə çıxış edir. Dünya ictimaiyyəti yaxşı bilir ki, Yaxın Şərqdəki gərginlik və böhranın başlıca səbəbi sionist rejimin təhrikedici hərəkətləri və militarist davranışlarıdır. ABŞ dövləti isə davamlı olaraq bu rejimi himayə etməklə, onun cinayətlərini dəstəkləyir."
 
Əfxəm ABŞ-ın regiondakı rəftarlarını, Fələstin, Suriya, İraq və Yəmən xalqlarına təcavüz edənlərə modern silahlar satmasını və siyasi baxımdan himayə etməsini, regionda böhran və gərginliyin başlıca amili adlandırıb. 

Google+ WhatsApp ok.ru