Türkiyədə növbəti terror aktı: 20 əsgər yaralandı

Türkiyənin Bitlis əyalətinin Tatvan rayonunda terrorçuların hərbi hissənin yaxınlığında yerləşdirdikləri uzaqdan idarə edilən bombanın partladılması nəticəsində 20 əsgər yaralanıb.
 
Əsgərlər xəstəxanaya yerləşdirilib və onların həyatı üçün təhlükə yoxdur.
 
Məlumata görə, təhlükəsizlik qüvvələri terrorçu PKK silahlılarının tutulması və zərərsizləşdirilməsi istiqamətində əməliyyat başlayıb.
 
Siirt əyalətinin Kurtaran rayonunda bu terrorçu qruplaşmaya qarşı keçirilən antiterror əməliyyatı nəticəsində isə bir terrorçu məhv edilib, biri isə tutulub.  Report /

Google+ WhatsApp ok.ru