Türkiyə Suriya ilə sərhəddə pilotsuz təyyarəni vurdu

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu dəqiqələrdə Suriya ilə sərhəddə “hansı ölkəyə aid olduğu müəyyən edilməyən” pilotsuz təyyarənin vurulub salındığını elan edib.
 
Maide.az saytı xəbər verir ki, Baş Qərargah bu gün ölkənin Suriya ilə sərhədində Türkiyənin hava sahəsinə daxil olan, “hansı ölkəyə aid olduğu bilinməyən” pilotsuz təyyarənin təsbit olunduğunu, həmin pilotsuz təyyarəyə üç dəfə xəbərdarlıq siqnalı verildiyini, lakin buna məhəl qoyulmadığını bildirir.
 
Nəticədə sərhəd boyu patrul uçuşları həyata keçirən Türkiyənin F-16 təyyarələri təlimat əsasında hərəkət edərək həmin hədəfi vurub. /
 

Google+ WhatsApp ok.ru