Hansı ölkənin suveren fondunda daha çox pul var?

Beynəlxalq Valyuta Fondunun elektron bankçılıq xəbər bazasının verdiyi məlumata görə, dünyadakı suveren fondların ümumi dəyəri 3600 milyard ABŞ dollarına bərabərdir.
Maide.az  xəbər verir ki, bəzi dünya ölkələrində suveren fondlar, xüsusilə təkməhsullu iqtisadiyyatlar yaradılır və mal ixracından əldə edilən valyuta gəlirləri bu fondlarda saxlanılır.
Məlumata əsasən, BƏƏ dünyada ən böyük suveren fonda sahibdir, belə ki hal-hazırda bu fondun dəyəri 1 trilyon 200 milyard ABŞ dolları təşkil edir.
Norvegiya 900 milyard ABŞ dolları ilə ikinci və Kuveyt 600 milyard dollar vəsaitlə üçüncü yerdədir.  Qətər (300 milyard dollar), Rusiya (200 milyard dollar) , Avstraliya (150 milyard dollar), Qazağıstan (100 milyard dollar) və Liviya (80 milyard dollar), İran (70 milyard dollar) və  Brunei (50 milyard dollar) ilk onluğa daxildirlər. 
Məlumatda bildirilir ki,  Səudiyyə Ərəbistanın gəlirlərini saxlamaq üçün suveren fondu olmasada neft gəlirlərini Mərkəzi Bankda saxlayır, hazırda bu ölkənin Mərkəzi Bankında 800 milyard dollar dəyərində vəsait toplanıb./
 

Google+ WhatsApp ok.ru